EN

Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



38 yaşlı Esmira Məmmədovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a Esmira Məmmədovanın özü məlumat verib.
O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir:
"Tam 20 ildir ki, dializ aparatına qoşuluram. Ötən il həkimlər təcili böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Yeddi ay əvvəl xalam oğlu mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur".
Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:
"Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü üçün bədənimdə infeksiyalar artıb. Həkimlər təcili vaksin vurdurmalı olduğumu deyiblər. Sizin saytın izləyicilərinin dəstəyi ilə üç doza vaksin vurdura bildim. Hazırda müalicələrimi davam etdirməliyəm. İnanın, anam mənə ağrıkəsici vurdurmaq üçün borc alır. Vəziyyətimiz günü-gündən ağırlaşır. Yenidən əvvəlki günlərimə qayıtmaqdan çox qorxuram. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 372-35-92.
Beynəlxalq Bank: 5522 0993 6618 1402.
Chosen
19
12
oxu.az

10Sources