EN

Deputatın maşınına bomba qoyuldu - FOTO

Naməlum şəxs Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun avtomobilində bomba qoyduğunu açıqlayıb.

Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

"Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba taxdığını bildirib, lakin sonra zəng edərək partlayışla bağlı xəbərdarlıq edib”, - deyə telekanal bildirib.

Qeyd olunur ki, hazırda deputatın Rujeyni zolağında dayanmış avtomobili partlayıcı maddələr üzrə ekspertlər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir./Unikal.az

Chosen
6
14
musavat.com

10Sources