EN

Azərbaycanda istehlak bazarı böyüdü

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat təşkil edib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023- cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8 faiz çox deməkdir.

Məlumata görə, bu göstəricinin 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olub ki, onun da 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 600,2 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 34,1 manat çox vəsait xərcləyib.

Chosen
42
17
yenicag.az

10Sources