EN

Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb

Evlənmək istəyənlərin sayı azalıb. Bunu statistik rəqəmlər də sübut edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 36 651 nikah və 15 964 boşanma halları qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.

Sosioloqlar isə məsələnin kökündə bir neçə səbəbin olduğunu bildirir.

Ən əsas səbəb isə sosial qayğılardır.

Mütəxəssis Üzeyir Şəfiyev hesab edir ki, problem hələ bir müddət də bu  şəkildə davam edəcək. Amma bunun daha uzunömürlü olmaması üçün isə xarici ölkələrin təcrübəsindən faydalanmağa ehtiyac var. O hesab edir ki, gənclərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün layihələr icra edilməlidir.

Qeyd edək ki, hesabat dövründə boşanmaların sayı isə dəyişməyərək eyni qalıb.

Milli.Az

Chosen
29
4
milli.az

5Sources