EN

Həşd əş-Şaabi qüvvələri İŞİD liderlərindən birini SAXLADI

Həşd əş-Şaabi qüvvələri İŞİD liderlərindən birini saxlayıb.

İnterpress.az xəbər verir ki, Həşd əş-Şaabi qüvvələri İraqın qərbindəki Ənbar vilayətində İŞİD liderlərindən birini ələ keçirib.

Əməliyyat zamanı təşkilatın 3 anbarı da dağıdılıb.

Həşd əş-Şaabi, tamamilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan İraq şiə yarımhərbi təşkilatıdır. 2014-cü ildə yaradılıb. Bu, ümumi sayı 200.000 yaraqlı olan müxtəlif silahlı qrupların çətir təşkilatıdır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
interpress.az

1Sources