EN

Kommunist partiyasının keçmiş katibi güllələndi

Çində Kommunist Partiyasının Hohhot şəhərinin iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Jianpin edam edilib.

Keçmiş məmur korrupsiya, rüşvətxorluq, dövlət vəsaitlərinin mənimsənilməsi və cinayətkar sui-qəsddə ittiham olunaraq edam edilib.

İstintaq müəyyən edib ki, Li Jianpin müxtəlif rəhbər vəzifələrdə işləyərkən “bu rütbəli məmurlar arasında nadir hallarda rast gəlinən sərvətləri qanunsuz olaraq toplayıb”. Belə ki, o, 1,43 milyard yuandan çox (200 milyon dollar) dövlət vəsaitini qanunsuz olaraq mənimsəyib. Bundan əlavə, o, başqalarından 80 milyon dollardan çox maliyyə və maddi əmlak alıb və 141 milyon dollardan çox dövlət vəsaitindən sui-istifadə edib.

Çin mediası bildirir ki, ümumi məbləğ Çinin bütün tarixində korrupsiya halları üçün ən böyüyü olub. Li Jianpinq günahkar bilinərək 2022-ci ilin sentyabrında ölüm cəzasına məhkum edilib. Lakin 2024-cü ilin avqustunda məhkəmə onun cinayətlərini son dərəcə ağır hesab edərək şikayətini rədd etmişdi.

//Samir Qurbanov, Editor.az

Chosen
15
editor.az

1Sources