EN

2024-cü il elm və təhsil sahəsində hansı hadisələrlə yadda qaldı?

Təhsil hər bir cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir. Təhsil sahəsinin diqqət mərkəzində saxlanması yalnız fərdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə kifayətlənmir, dövlətin ali məqsədi kimi cəmiyyətin gələcəyini formalaşdırır. Təhsil bir dövlətin sosial strukturu üzərində mühüm rol oynayır, ölkənin inkişafını təmin edir.Dövlət siyasətində təhsilin rolu birbaşa olaraq ölkənin inkişaf strategiyaları ilə bağlıdır. Təhsilə göstərilən diqqət dövlətin ali məqsədi – uzunmüddətli inkişaf və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsində əsas vasitədir. Bu baxımdan 2024-cü ilin təhsil sahəsində hansı hadisələr, nailiyyətlər və yeniliklərlə yadda qaldığını nəzərdən keçirək:Azərbaycanın PISA qiymətləndirməsində şagirdlərin iqlim savadlılığının yoxlanılması təşəbbüsüÜmumiyyətlə, COP tarixində ilk dəfə bu il təhsil mövzusuna diqqət mərkəzində olan əsas məsələ kimi yanaşılıb. Təhsilin inkişafına qlobal miqyasda yetərincə diqqət ayrılmadığı təqdirdə iqlim dəyişikliyi ilə mübarizə də mümkün olmayacaq.Məhz bunun əhəmiyyətini nəzərə alan Azərbaycanın belə bir beynəlxalq tədbirdə təhsil məsələsini daha da ön plana çıxarması olduqca vacib addımdır. Həmin təşəbbüsün Azərbaycandan gəlməsi isə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə göstərdiyi həssaslığın göstəricisidir.Azərbaycanın “Məktəblər üçün PISA” tədqiqatına qoşulmasıBeynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) təhsil sferasında dünyanın ən mötəbər tədqiqatlarından biri hesab olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan və dünyanın 80-dən çox ölkəsini əhatə edən tədqiqat 15 yaşlı şagirdlərin (əsasən 9 və 10-cu sinif şagirdlərinin) oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının real həyatlarında tətbiq etmək qabiliyyətini qiymətləndirir. Ölkələrin təhsil səviyyələrini müəyyən və təhlil etmək üçün bu tədqiqatın nəticələrinə müraciət olunur.Azərbaycan 2004-cü ildə PISA proqramının sınaq mərhələsinə qoşulub, 2006 və 2009-cu illərdə PISA qiymətləndirməsində iştirak edib. 2018-ci ildən yenidən PISA tədqiqatında iştirak edən ölkəmiz 2022-ci ildəki nəticələrinə görə 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb.2024-cü ilin may ayında ölkəmizdə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil edilib. Tədqiqatda 70 ümumi təhsil müəssisəsi üzrə 4098 şagird iştirak edib. 2024-cü ildə Azərbaycanın təhsil sahəsində atdığı uğurlu addımlardan biri kimi “Məktəblər üçün PISA” tədqiqatına qoşulmasını göstərə bilərik. Bu mötəbər tədqiqat cari ilin 15 oktyabr - 7 noyabr tarixlərində kompüterəsaslı keçirilib.PISA ilə müqayisədə bu araşdırmada ümumi təhsil müəssisələri tək-tək qiymətləndirilir. PISA ölkə səviyyəsində təhsilin keyfiyyətini digər ölkələrlə müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarlar qəbul etməyə imkan verir. “Məktəblər üçün PISA” tədqiqatı isə ölkənin müxtəlif təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin məktəbləri ilə müqayisə etməyə, həmçinin həmin müəssisələrin öz təhsilalanlarının nəticələri haqqında məlumat əldə etmələrinə və bu məlumatlara əsaslanaraq müvafiq tədbirlər görmələrinə imkan tanıyır. Bu tədqiqatın əsas üstünlüyü məktəblərin yalnız milli və beynəlxalq kontekstdəki müvəffəqiyyətlərini deyil, həm də tədris mühitinin müxtəlif aspektlərini, şagirdlərin bacarıqlarını və məktəb rəhbərliyinin fəaliyyətini qiymətləndirə bilməsidir. Bu, məktəblərə yalnız öz mövcud vəziyyətlərini başa düşməyə kömək etməklə qalmır, həm də öz təhsil proseslərini daha effektiv şəkildə inkişaf etdirmələri üçün dəyərli məlumatlar təqdim edir.İşğaldan azad edilmiş ərazilərdə tədris prosesinin bərpasıİşğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Böyük Qayıdış Proqramına uyğun olaraq əhalinin doğma yurd-yuvalarına köçürülməsi, eyni zamanda bölgənin təhsil sisteminin yenidən qurulması prioritet məsələlərdən biridir.2024-cü ildə Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin açılışı olub. Laçın rayonu Sus kənd 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə öz fəaliyyətinə başlayıb. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli 624 yerlik tam orta məktəbi və Xocalı şəhər 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə istifadəyə verilən məktəblərin sırasında yer alır. Tikinti işləri başa çatan Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi də 624 şagird tutumuna malikdir.Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib, Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi-uşaq bağçasının açılışı olub.Qarabağ Universitetinin açılmasıQarabağ Universitetinin fəaliyyətə başlaması nəinki Azərbaycanın təhsil sahəsində atdığı uğurlu addımların təzahürü, eyni zamanda şanlı tariximizin qürurverici səhifələrindən biridir. Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaranıb, 1973-1988-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də strateji önəm daşıyır. Bu ali təhsil müəssisəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi bölgənin inkişafında xüsusi rol oynayacaq.2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər tələbə qəbul olub. Növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.İlk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq, mühəndislik ixtisaslarının da sayı artacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıTürkiyə-Azərbaycan Universitetinin yaradılmasını Azərbaycanda təhsil sahəsində atılmış ən uğurlu addımlardan biri kimi qiymətləndirə bilərik. Türkiyə və Azərbaycanın ortaq universitetinin açılması həm də iki dövlətin bir-birinə olan yaxınlığını və əlaqələrini təhsil sahəsində daha da dərinləşdirmək məqsədinə xidmət edir. Layihənin məqsədi iki ölkə arasında təhsil, mədəniyyət və iqtisadi sahələrdəki əlaqələri gücləndirməklə yanaşı, tələbələrə beynəlxalq təhsil imkanları yaratmaq və elmi əməkdaşlığı artırmaqdır.Bu cür təhsil müəssisələri yalnız iki ölkə arasında təhsil əlaqələrini deyil, həm də regionda digər ölkələr ilə əməkdaşlıq imkanlarını artırmağa kömək edəcək. Azərbaycan və Türkiyə ortaq universiteti ilə təhsil mühiti daha inklüziv və beynəlxalq olacağı üçün tələbələr qlobal bazarda daha rəqabətədavamlı olacaqlar.Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində 90-a yaxın tələbə təhsil alır. Tələbələr məzun olduğu zaman ikili diplom əldə edəcəklər. Hazırda universitetdə 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçirilir. Növbəti tədris ilindən ixtisasların və tələbə qəbulunun sayının artırılması nəzərdə tutulur. İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlamasıİtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub.Bu universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Roma La Sapienza Universiteti cəlb olunub.2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə də ilk dəfə tələbə qəbulu keçirilib və 160 plan yeri ayrılıb.Universitetin akademik proqramlarının iqtisadiyyatın strateji sahələrini əhatə etmək və yüksəkixtisaslı mütəxəssislər yetişdirməkdə rolu əvəzsizdir. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.Məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidBu ildən etibarən məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid edilib. Yəni hər bir şagird üçün ayrıca maliyyə ayrılır. Əvvəllər isə məktəb üçün ümumi maliyyə ayrılırdı.Təhsilin inkişafı üzrə strateji hədəflərdən biri də bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizmi yaratmaqdır. 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsili müəssisələri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumi təhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, məktəblərdə adambaşı maliyyələşmə sistemi uğurlu olsa, inkişaf üçün zəmin yaranacaq.Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur. Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlar üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq.“Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə cari tarixə qədər 44 mindən çox kredit rəsmiləşməsi aparılıb. Növbəti ildə rəsmiləşən təhsil tələbə kreditlərinin sayının 60 minə çatdırılması proqnozlaşdırılır”, – deyən elm və təhsil naziri Emin Əmrullayev illik təhsil xərclərinin miqdarı ilə bağlı qərarın təhsilalanların keyfiyyətli təhsil almasına xidmət edəcəyini vurğulayıb.Dövlət Proqramının müddəti uzadılıb və əhatə dairəsi artırılıb“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bu günədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.Bu təhsilalanların siyahısında dünyanın ən nüfuzlu 10 universitetində təhsil alan tələbələr də var. Qeyd etmək istəyirik ki, QS 2025 Dünya Universitetlərinin Reytinqi (QS World Universities Rankings 2025) sıralamasında:I sırada dayanan Massaçusets Texnologiya İnstitutunda 1 tələbə:II sırada dayanan Kembric Universitetində 7 tələbə;III sırada dayanan Oksford Universitetində 3 tələbə;IV sırada dayanan Harvard Universitetində 7 tələbə;V sırada dayanan Stenford Universitetində 1 tələbə;VI sırada dayanan London İmperial Kollecində 28 tələbə;VII sırada dayanan İsveçrə Federal Texnologiya İnstitutunda 3 tələbə;VIII sırada dayanan Sinqapur Milli Universitetində 4 tələbə;IX sırada dayanan London Universitet Kollecində 52 tələbə;X sırada dayanan Berkli Kaliforniya Universitetində 5 tələbə təhsil alır.Təhsilin beynəlmiləlləşməsiTəhsilin beynəlmiləlləşməsi nəticəsində keyfiyyətin və beynəlxalq rəqabətədavamlılığın artırılması mümkündür. Bununla yanaşı, təhsilin beynəlmiləlləşməsi Azərbaycanın dünya elm və təhsil məkanına inteqrasiyasını sürətləndirir. Xarici İşlər və Elm və Təhsil nazirliklərinin icra etdiyi müxtəlif proqramlar çərçivəsində beş il ərzində 80-dən artıq ölkədən çox sayda tələbə Azərbaycanın ali təhsil müəssisələrində oxumaq imkanı qazanıb. Bu təqaüd proqramları təhsilin beynəlmiləlləşməsi və dünyada tanıdılmasına əhəmiyyətli töhfələr verib. 2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır.“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu prosesdə mühüm rol oynayır və Azərbaycanın təhsil sisteminin qlobal səviyyədə tanınmasına şərait yaradır. Hazırda 35 ölkə üzrə 100 nəfər bu təhsil qrantına layiq görülüb.Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin ForumuXaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparılması üçün şərait yaratmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.Beynəlxalq Yaşıl STEAM Azərbaycan FestivalıElm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. Festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.kabr 2024ƏlaqəHaqqımızdaAzərbaycan müəllimi main logo90 ilQəzetə elan verAbunə olDaxil olBütün xəbərlərRəsmiGündəlikTəhsilElm və innovasiyaMüsahibəTəhlilReportajElanlarRegionlarBloqAxtar2024-cü il elm və təhsil sahəsində hansı hadisələrlə yadda qaldı?Bütün xəbərlərtest17 dekabr, 18:5030Təhsil hər bir cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir. Təhsil sahəsinin diqqət mərkəzində saxlanması yalnız fərdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə kifayətlənmir, dövlətin ali məqsədi kimi cəmiyyətin gələcəyini formalaşdırır. Təhsil bir dövlətin sosial strukturu üzərində mühüm rol oynayır, ölkənin inkişafını təmin edir. Dövlət siyasətində təhsilin rolu birbaşa olaraq ölkənin inkişaf strategiyaları ilə bağlıdır. Təhsilə göstərilən diqqət dövlətin ali məqsədi – uzunmüddətli inkişaf və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsində əsas vasitədir. Bu baxımdan 2024-cü ilin təhsil sahəsində hansı hadisələr, nailiyyətlər və yeniliklərlə yadda qaldığını nəzərdən keçirək:Azərbaycanın PISA qiymətləndirməsində şagirdlərin iqlim savadlılığının yoxlanılması təşəbbüsüÜmumiyyətlə, COP tarixində ilk dəfə bu il təhsil mövzusuna diqqət mərkəzində olan əsas məsələ kimi yanaşılıb. Təhsilin inkişafına qlobal miqyasda yetərincə diqqət ayrılmadığı təqdirdə iqlim dəyişikliyi ilə mübarizə də mümkün olmayacaq. Məhz bunun əhəmiyyətini nəzərə alan Azərbaycanın belə bir beynəlxalq tədbirdə təhsil məsələsini daha da ön plana çıxarması olduqca vacib addımdır. Həmin təşəbbüsün Azərbaycandan gəlməsi isə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə göstərdiyi həssaslığın göstəricisidir.Azərbaycanın “Məktəblər üçün PISA” tədqiqatına qoşulmasıBeynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) təhsil sferasında dünyanın ən mötəbər tədqiqatlarından biri hesab olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan və dünyanın 80-dən çox ölkəsini əhatə edən tədqiqat 15 yaşlı şagirdlərin (əsasən 9 və 10-cu sinif şagirdlərinin) oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının real həyatlarında tətbiq etmək qabiliyyətini qiymətləndirir. Ölkələrin təhsil səviyyələrini müəyyən və təhlil etmək üçün bu tədqiqatın nəticələrinə müraciət olunur.Azərbaycan 2004-cü ildə PISA proqramının sınaq mərhələsinə qoşulub, 2006 və 2009-cu illərdə PISA qiymətləndirməsində iştirak edib. 2018-ci ildən yenidən PISA tədqiqatında iştirak edən ölkəmiz 2022-ci ildəki nəticələrinə görə 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb.2024-cü ilin may ayında ölkəmizdə PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil edilib. Tədqiqatda 70 ümumi təhsil müəssisəsi üzrə 4098 şagird iştirak edib. 2024-cü ildə Azərbaycanın təhsil sahəsində atdığı uğurlu addımlardan biri kimi “Məktəblər üçün PISA” tədqiqatına qoşulmasını göstərə bilərik. Bu mötəbər tədqiqat cari ilin 15 oktyabr - 7 noyabr tarixlərində kompüterəsaslı keçirilib. PISA ilə müqayisədə bu araşdırmada ümumi təhsil müəssisələri tək-tək qiymətləndirilir. PISA ölkə səviyyəsində təhsilin keyfiyyətini digər ölkələrlə müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarlar qəbul etməyə imkan verir. “Məktəblər üçün PISA” tədqiqatı isə ölkənin müxtəlif təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin məktəbləri ilə müqayisə etməyə, həmçinin həmin müəssisələrin öz təhsilalanlarının nəticələri haqqında məlumat əldə etmələrinə və bu məlumatlara əsaslanaraq müvafiq tədbirlər görmələrinə imkan tanıyır. Bu tədqiqatın əsas üstünlüyü məktəblərin yalnız milli və beynəlxalq kontekstdəki müvəffəqiyyətlərini deyil, həm də tədris mühitinin müxtəlif aspektlərini, şagirdlərin bacarıqlarını və məktəb rəhbərliyinin fəaliyyətini qiymətləndirə bilməsidir. Bu, məktəblərə yalnız öz mövcud vəziyyətlərini başa düşməyə kömək etməklə qalmır, həm də öz təhsil proseslərini daha effektiv şəkildə inkişaf etdirmələri üçün dəyərli məlumatlar təqdim edir.İşğaldan azad edilmiş ərazilərdə tədris prosesinin bərpasıİşğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Böyük Qayıdış Proqramına uyğun olaraq əhalinin doğma yurd-yuvalarına köçürülməsi, eyni zamanda bölgənin təhsil sisteminin yenidən qurulması prioritet məsələlərdən biridir.2024-cü ildə Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin açılışı olub. Laçın rayonu Sus kənd 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə öz fəaliyyətinə başlayıb. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli 624 yerlik tam orta məktəbi və Xocalı şəhər 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə istifadəyə verilən məktəblərin sırasında yer alır. Tikinti işləri başa çatan Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi də 624 şagird tutumuna malikdir.Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib, Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi-uşaq bağçasının açılışı olub.Qarabağ Universitetinin açılmasıQarabağ Universitetinin fəaliyyətə başlaması nəinki Azərbaycanın təhsil sahəsində atdığı uğurlu addımların təzahürü, eyni zamanda şanlı tariximizin qürurverici səhifələrindən biridir. Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaranıb, 1973-1988-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də strateji önəm daşıyır. Bu ali təhsil müəssisəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi bölgənin inkişafında xüsusi rol oynayacaq.2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər tələbə qəbul olub. Növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır. İlk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq, mühəndislik ixtisaslarının da sayı artacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasıTürkiyə-Azərbaycan Universitetinin yaradılmasını Azərbaycanda təhsil sahəsində atılmış ən uğurlu addımlardan biri kimi qiymətləndirə bilərik. Türkiyə və Azərbaycanın ortaq universitetinin açılması həm də iki dövlətin bir-birinə olan yaxınlığını və əlaqələrini təhsil sahəsində daha da dərinləşdirmək məqsədinə xidmət edir. Layihənin məqsədi iki ölkə arasında təhsil, mədəniyyət və iqtisadi sahələrdəki əlaqələri gücləndirməklə yanaşı, tələbələrə beynəlxalq təhsil imkanları yaratmaq və elmi əməkdaşlığı artırmaqdır.Bu cür təhsil müəssisələri yalnız iki ölkə arasında təhsil əlaqələrini deyil, həm də regionda digər ölkələr ilə əməkdaşlıq imkanlarını artırmağa kömək edəcək. Azərbaycan və Türkiyə ortaq universiteti ilə təhsil mühiti daha inklüziv və beynəlxalq olacağı üçün tələbələr qlobal bazarda daha rəqabətədavamlı olacaqlar.Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində 90-a yaxın tələbə təhsil alır. Tələbələr məzun olduğu zaman ikili diplom əldə edəcəklər. Hazırda universitetdə 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçirilir. Növbəti tədris ilindən ixtisasların və tələbə qəbulunun sayının artırılması nəzərdə tutulur. İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlamasıİtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub.Bu universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Roma La Sapienza Universiteti cəlb olunub.2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universitetinə də ilk dəfə tələbə qəbulu keçirilib və 160 plan yeri ayrılıb.Universitetin akademik proqramlarının iqtisadiyyatın strateji sahələrini əhatə etmək və yüksəkixtisaslı mütəxəssislər yetişdirməkdə rolu əvəzsizdir. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.Məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidBu ildən etibarən məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid edilib. Yəni hər bir şagird üçün ayrıca maliyyə ayrılır. Əvvəllər isə məktəb üçün ümumi maliyyə ayrılırdı.Təhsilin inkişafı üzrə strateji hədəflərdən biri də bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizmi yaratmaqdır. 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsili müəssisələri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumi təhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, məktəblərdə adambaşı maliyyələşmə sistemi uğurlu olsa, inkişaf üçün zəmin yaranacaq.Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur. Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlar üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq.“Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə cari tarixə qədər 44 mindən çox kredit rəsmiləşməsi aparılıb. Növbəti ildə rəsmiləşən təhsil tələbə kreditlərinin sayının 60 minə çatdırılması proqnozlaşdırılır”, – deyən elm və təhsil naziri Emin Əmrullayev illik təhsil xərclərinin miqdarı ilə bağlı qərarın təhsilalanların keyfiyyətli təhsil almasına xidmət edəcəyini vurğulayıb.Dövlət Proqramının müddəti uzadılıb və əhatə dairəsi artırılıb“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bu günədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.Bu təhsilalanların siyahısında dünyanın ən nüfuzlu 10 universitetində təhsil alan tələbələr də var. Qeyd etmək istəyirik ki, QS 2025 Dünya Universitetlərinin Reytinqi (QS World Universities Rankings 2025) sıralamasında:I sırada dayanan Massaçusets Texnologiya İnstitutunda 1 tələbə; II sırada dayanan Kembric Universitetində 7 tələbə;III sırada dayanan Oksford Universitetində 3 tələbə;IV sırada dayanan Harvard Universitetində 7 tələbə;V sırada dayanan Stenford Universitetində 1 tələbə;VI sırada dayanan London İmperial Kollecində 28 tələbə;VII sırada dayanan İsveçrə Federal Texnologiya İnstitutunda 3 tələbə;VIII sırada dayanan Sinqapur Milli Universitetində 4 tələbə;IX sırada dayanan London Universitet Kollecində 52 tələbə;X sırada dayanan Berkli Kaliforniya Universitetində 5 tələbə təhsil alır.Təhsilin beynəlmiləlləşməsiTəhsilin beynəlmiləlləşməsi nəticəsində keyfiyyətin və beynəlxalq rəqabətədavamlılığın artırılması mümkündür. Bununla yanaşı, təhsilin beynəlmiləlləşməsi Azərbaycanın dünya elm və təhsil məkanına inteqrasiyasını sürətləndirir. Xarici İşlər və Elm və Təhsil nazirliklərinin icra etdiyi müxtəlif proqramlar çərçivəsində beş il ərzində 80-dən artıq ölkədən çox sayda tələbə Azərbaycanın ali təhsil müəssisələrində oxumaq imkanı qazanıb. Bu təqaüd proqramları təhsilin beynəlmiləlləşməsi və dünyada tanıdılmasına əhəmiyyətli töhfələr verib. 2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır.“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu prosesdə mühüm rol oynayır və Azərbaycanın təhsil sisteminin qlobal səviyyədə tanınmasına şərait yaradır. Hazırda 35 ölkə üzrə 100 nəfər bu təhsil qrantına layiq görülüb. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin ForumuXaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparılması üçün şərait yaratmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Beynəlxalq Yaşıl STEAM Azərbaycan FestivalıElm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. Festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsiMəktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.Sertifikasiya təhsilverənlərin peşəkarlığını yoxlayan mühüm bir prosesdir və məktəbəqədər təhsil müəssisələrində buna böyük ehtiyac var. Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu müəssisələrdə çalışmasına imkan verəcək. 2024-cü ildə ilk dəfə təşkil olunan məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin diaqnostik qiymətləndirilməsinin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir.Diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır. Sertifikatlaşdırmaya isə növbəti ildən başlanılacaq. 17 min nəfər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb ediləcək və proses 2026-cı ildə tamamlanacaq.Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının yubileyləriCari il ərzində elm və təhsil sahəsində müstəsna xidmətləri olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik, “Azərbaycan məktəbi” jurnalının isə 100 illik yubileyi münasibətilə tədbirlər də keçirilib.("Azərbaycan müəllimi")

Chosen
70
tehsilforumu.az

1Sources