EN

Kanadanın Baş naziri Liberal Partiyadakı gərginliyi ailə münaqişəsinə bənzədib

Bakı. Trend:

Kanadanın Baş naziri Castin Trüdo rəhbərlik etdiyi LiberalPartiyada baş verən son hadisələri ailədaxili münaqişəyəbənzədərək, bu problemlərin öhdəsindən gələ biləcəklərinəinandığını bildirib.

Trend-inməlumatına görə, Trüdo bu fikirləri Kanada Liberal PartiyasınınMilad şənliyində çıxışı zamanı ifadə edib. Onun çıxışı yerliteleviziya kanallarında yayımlanıb.

“Əksər ailələrdə olduğu kimi, bizdə də bayramlarda bəzəndava-dalaş baş verir. Lakin əksər ailələr kimi biz də bu vəziyyətihəll edə bilərik. Siyasətdə həmişə çətin günlər və böyük problemlərolur”, - deyə Trüdo vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazirin müavini və MaliyyəNaziri Kristia Friland, ardınca isə Mənzil, İnfrastruktur vəİcmalar naziri Şon Freyzer istefa verdiklərini açıqlayıblar. Buistefalar müxalifətin və ictimai xadimlərin tənqidi ilə müşayiətolunub.

Chosen
38
az.trend.az

1Sources