EN

Əkin subsidiyalarının verilməsi müddəti uzadılıb

Əkin subsidiyalarının verilməsi 2030-cu il yanvarın 1-nə qədər uzadılıb.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Sənədə görə, 10 hektar və daha çox torpaq sahəsində Aqrar Subsidiya Şurasının təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər uzadılıb.

Chosen
5
2
fins.az

10Sources