Ad günləri hər bir insanın həyatında xüsusi və unudulmaz bir gün olaraq qalır. Bu günü təkcə ad günü qeyd etmirsən, həm də yaxınların, dostlarınŞ doğmaların sevgisini və diqqətini paylaşmaq üçün ideal bir fürsət əldə etmiş olursan. Ad günü təbrikləri, insanları sevindirmək və onların xüsusi arzu və istəkləri hiss etməsinə nail olmaq üçün çox önəmlidir. Həmçinin, bu təbriklər insanlara sevgi, dəyər və qayğını hiss etdirməyin ən təsirli yollarından biridir.
Hər bir təbrik, kiçik olsa belə, ad günü sahibinə böyük sevinc gətirə və ona olan diqqəti vurğulaya bilir. Təbriklər insanın özünü daha dəyərli, əhəmiyyətli və sevilən hiss etməsini təmin edir. Həm də onu sevənlərin ülvi duyğularının ifadə edilməsi ilə onu ruhlandırır.
İnsanlar gülərkən və ya ağlayarkən onu arzu və duyğuları, həmçinin onu sevənlərin istəkləri müşaiyət edir. Hər kəs uğur və ya məğlubiyyətə şərik olur. həyatda elə dostun olsun ki, pis gün qapını döyəndə səninlə çiyin-çiyinə dayansın. Bu dostluğun kriteriyalarından biridir. Zaman dostluğun ən yaxşı sınağıdır. Ələnir və sonda sadiq dostların əhatəsində üzünü xöşbəxt hiss edirsən.
Həqiqi dostun olmamağı yalnızlığın ən böyük əlamətidir. Bunları ona görə sadaladım ki, sən yaxşı dostların əhatəsindəsən Zərdabi Abbasov. Bir əsirdir tanışıq. Tanışılığımız dostluğa çevrildi. İndi də davam edir. Düşünürəm ki, hələ uzun illər davam edəcək. Çox sınaqlardan keçdik. Bu sınaqlar ağır və çınqıllı idi. əsas odur ki, mətn və güc hər bir çətinliyi geridə qoydu. Qardaşın Əjdər müəllimin böyük ürək sahibi olduğunu xüsusi olaraq qeyd eləmək istəyirəm. Onun elədiyi yaxşılığı heç vaxt unutmaram. Allah Abbasovları qorusun. Yaxşı ki, sizi tanımışam. Sən ətrafında olan dostlarla zəngin və güclüsən. Bu sənin ən böyük xəzinəndir. Bunun adı DOST xəzinəsidir. Sən buna görə dünyanın ən zəngin adamlarındansan.
Həyat dediyin bu yolda çox insanlarla rastlaşamısan amma dost dediyin bir başqadır.
Həyatda dostlar ən qiymətli xəzinədir və sən mənim üçün ən qiymətli xəzinəsən.
Bu gün Zərdabi sənin və Həsənin doğum gününüzdür, sizi dünyanın ən yaxşı dostları kimi təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik və uğurlarla dolu bir həyat arzulayıram!.
Həsən kişini də şəxsən təbrik edirəm, böyük kişilərdən olsun. O, da babası kimi həmişə dostlarla əhatəli, Azərbaycanımıza dəyərli bir oğul olsun.
Baba və nəvə doğum gününüz mübarək!!!
Geridə qalan illərin xoşbəxtliyini yaşayarkən gələcək illərin də SİZƏ uğur gətirməsini arzu edirəm.
Kədər ulduzlar qədər uzaq, sevinc göz bəbəyin qədər yaxın, ümidləriniz real, xoşbəxtliyiniz əbədi olsun yoldaş Abbasovlar.
Hörmətlə, Subut Mehdiyev