EN

Ev quşları niyə kütləvi şəkildə TƏLƏF OLUR? - SAKİNLƏR NARAHATDIR

Son günlərdə bölgələrdə ev quşlarının kütləvi şəkildə tələf olması qeydə alınır. Bu hallara daha çox İsmayıllı rayonunda rast gəlinir.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, rayonun Topçu kəndində ev quşları arasında xəstəlik yayılıb. Sakinlər xəstəliyə yoluxan toyuq-cücəni fərdi qaydada müalicə etmələrinə baxmayaraq, tələfatın qarşısını ala bilmədiklərini bildirirlər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov bildirib ki, mütəxəsislər tərəfindən müvafiq araşdırmalar başlanılıb. Onun sözlərinə görə, ilkin araşdırma zamanı sözügedən kəndin 3 sakininin həyətində şəxsi istehlak üçün saxlanılan toyuqlardan tələf olma halları müşahidə edilib. O, AQTA əməkdaşları tərəfindən müvafiq nümunələr götürüldüyünü diqqətə çatdırıb.

Müsahibimiz hesab edir ki, mövsümi amillərin təsirindən bu cür xəstəliklərə rast gəlinə bilər:

“Tövsiyə olunur ki, bu amilləri nəzərə alaraq vətəndaşlar belə halların baş verməməsi üçün quşların yemləmə və saxlama şəraitini yaxşılaşdırmalı, baytarlıq-sanitariya qaydalarına əməl etməli, vaxtlı-vaxtında profilaktik peyvəndləmə tədbirləri həyata keçirməlidirlər".

Baytar Ceyhun Məlikli isə Bakıvaxtı.az-a bildirib ki, ev quşlarının saxlanılma şəraitinə, qidalarına xüsusi diqqət yetirmək lazımdır:

“Ev quşlarının çöl quşları ilə təmasına imkan vermək olmaz, onların xüsusi yeri olmalı, qapalı saxlanılmalıdır. Daha çox proteinli yem və ayda 1 dəfə profilaktik müalicə etmək lazımdır”.

C.Məlikli vurğulayıb ki, indiki dövrdə fabrik yemlərinin qiyməti çok yüksək olduğundan hər kəs ala bilmir və heyvanlara yem olaraq nə gəldi verirlər. Bu da heyvanlarda müxtəlif növ xəstəliklərin yaranmasında rol oynayan amillərdəndir.

Nuriyyə Musayeva

Chosen
31
bakivaxti.az

1Sources