EN

İlon Mask: "Dərin dövlətin axırına çıxacağam"

ABŞ-li milyarder İlon Mask və ona məxsus “SpaceX” şirkətinin təhlükəsizlik protokollarına əməl etmədiyi üçün nəzarətə altındadır.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin yazdığına görə, biznesmen qayda pozuntularına görə federal araşdırma ilə üzləşib.
Federal qurumlar şirkət və onun rəhbərinin dövlət sirlərini qorumaq məqsədi daşıyan açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı azı 3 araşdırmaya başlayıb.

“Mask və onun “SpaceX” şirkəti dəfələrlə dövlət sirlərini qorumaq üçün federal hesabat protokollarına əməl etməyib, o cümlədən xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını gizlədiblər”.

Sözügedən xəbərlərə milyarderin reaksiyası sərt olub:

“Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək üstümə düşüblər. Mübarizəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirəcəyəm”.

Qeyd edək ki, İ.Mask dünyada sərvəti 400 milyard dolara çatan ilk adamdır. O bu sərvəti ilə dünyanın ən varlı insanıdır.

Billurə Yunus

Chosen
37
2
azreform.info

3Sources