EN

Xəstəxanalara 1.8 milyarda yaxın büdcə ayrılıb – TƏBİB rəsmisi

“Regionlarda səhiyyə sistemi ilə bağlı problemlər var”.

NOCOMMENT.az Trend-ə istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri zamanı çıxış edərkən deyib.

O bildirib ki, regionlarda ciddi həkim çatışmazlığı var.

“Çünki həkimlərin 60-70 faizi Bakıda cəmləşib. Bu problemləri həll etmək üçün regionlarda ürək mərkəzləri, onkoloji mərkəzlər yaratmışıq. İnanırıq ki, bunlar regionlarda həkimlərin artmasına kömək edəcək”, – o əlavə edib.

Onun sözlərinə görə, TƏBİB tabeli xəstəxanalara bu gün 1.8 milyarda yaxın büdcə ayrılıb.

“Hazırda 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub”, – o bildirib.

Chosen
8
3
nocomment.az

7Sources