Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Hər iki şəxs dünən axşam saatlarında saxlanılıb. Şübhəlilər ifadələrində müstəntiqlərə qətlin təşkilatçıları barədə məlumat veriblər. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülüb...