EN

Lənkəranda “Peşəkar teatr dərsləri” başa çatıb

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrında keçirdiyi ustad dərsləri başa çatıb.

Mərkəzdən Kulis.az-a bildirilib ki, regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunmuş ustad dərsləri Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən aparılıb.

Təlimlər teatrda aktiv yaradıcılıq mühiti formalaşdırmaqla iştirakçılara fikir və təcrübə mübadiləsi, həmçinin kollektivin potensialını inkişaf etdirmək imkanı yaradıb.

“Peşəkar teatr dərsləri”ndə aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Həmçinin layihə çərçivəsində Bəhram Osmanovun bədii rəhbərliyi, gənc və istedadlı rejissor Emil Əsgərovun quruluşçu rejissorluğu ilə məşhur İsveç dramaturqu Lars Nurenin “Demonlar” pyesi üzərində işə start verilib. Azərbaycanda ilk dəfə tamaşaya qoyulacaq pyes kollektiv tərəfindən maraqla qarşılanıb.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Chosen
26
2
kulis.az

3Sources