EN

Şöbə müdiri: "Tibbi sənədləşmə elektronlaşdırılacaq"

Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.

Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O müasir rəqəmsallaşma ilə ayaqlaşmağın vacibliyini vurğulayıb:

"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur".

"Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrezlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşması mümkün olacaq", - nazirlik rəsmisi əlavə edib.

R.Quliyev onu da qeyd edib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında müvafiq mərkəz yaradılıb, ştat formalaşdırılır, bu yöndə aktiv işlər görülür:

"Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişdirilməsi gündəmdə idi və artıq layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub.

Layihənin təkmilləşdirilməsi yaxın zamanda baş verdikdən sonra növbəti ildə tibb müəssisələrinin yeni qayda üzrə akkreditasiyasını, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik".

Chosen
12
3
cebheinfo.az

4Sources