EN

General 100 min dollar qarşılığında öldürülüb?

Dünən Moskvada rusiyalı general İqor Kirillov və köməkçisinin həlak olması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

Viral.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb.  

Bildirilib ki, hadisənin sifarişçiləri messencer vasitəsilə şübhəli bilinən şəxslərlə əlaqə saxlayıb və onlara Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı şəxslərin koordinatlarını verib. 

Son Yazılar:

Məsələ ilə bağlı hələ rəsmi məlumat verilməyib. 

Xatırladaq ki, dekabrın 17-də Moskvada yaşayış binasında partlayış zamanı Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Rusiyanın İstintaq Komitəsi bildirib ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.

Chosen
8
3
viral.az

5Sources