EN

“Qarabağ”ın ulduzu səsvermədə 2-ci oldu

“Puşkaş mükafatı”na namizəd futbolçular arasında yer almış “Qarabağ”ın futbolçusu Yassin Benzia ikinci olub.

KONKRET.az xəbər verir ki, buna FIFA-nın Qətərin paytaxtı Doha şəhərində təşkil etdiyi tədbirdə aydınlıq gəlib. Yarımmüdafiəçi 11 qol müəllifi arasından reallaşan səsvermədə ikinci yerə layiq görülüb. 30 yaşlı oyunçu İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Alexandro Qarnaçodan 4 səs geri qalıb.

Əlcəzairli oyunçunun milli komandasının Cənubi Afrika Respublikasının qapısına vurduğu qol ilin ən yaxşısı seçilməyə namizədlər sırasında yer almışdı.

Qeyd edək ki, Yassin Benzia bu mövsüm “Qarabağ”ın heyətində 27 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
33
4
konkret.az

8Sources