EN

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmalarının həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-noyabraylarında daşınmış yüklərin həcmi 7932,5 min ton təşkil etib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu,əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azdır.

Məlumata əsasən, yüklərin 48,6 faizini neft yükləri təşkil edib.Dəniz limanları tərəfindən 12 921,3 min ton həcmindəyükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377 mintonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib.

2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalanyüklərin həcmi 591,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növüilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünənisbətən 19,3 faiz artaraq 26,0 min nəfər olub.

Chosen
10
2
az.trend.az

3Sources