EN

Naxçıvanda 7 qeyri-yaşayış obyekti hərrac yolu ilə özəlləşdirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraca muxtar respublikanın Şərur, Babək, Culfa, Şahbuz və Kəngərli rayonlarının 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış obyektləri çıxarılıb.

Özəlləşdirilməyə çıxarılan 9 əmlakdan 2-si üzrə sifarişçi olmadığından hərrac baş tutmamış hesab edilib. Ümumilikdə 11 sifarişin qəbul olunduğu 7 qeyri-yaşayış obyekti üzrə rəqabətli keçən hərracda ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.

Chosen
20
vergiler.az

1Sources