Suriyada Bəəs və Əsəd rejiminin devrilməsindən sonra paytaxt Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb.
Turkustan.az xəbər verir ki, dekabrın 8-də Baas rejiminin çökməsi ilə uçuşlara bağlanan Dəməşq Hava Limanı hazırlıqlar tamamlandıqdan sonra yenidən fəaliyyətə başlayıb.
Suriyada Baas rejiminin devrilməsindən sonra Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlasa da, Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi yeni dövrdə Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk uçuşunu təşkil edir.
Sərnişin təyyarəsi rejimdən sonra ölkənin ikinci böyük şəhəri Hələbə ilk uçuşunu həyata keçirmək üçün Dəməşqdən havaya qalxıb.
Hava limanının yenidən açılması böyük maraqla izlənilib.
Aytən Yaşar/Turkustan.az