EN

Elnur Rzayev sakinləlrə görüşdü

Xaçmazda İstisu qəsəbəsində növbəti səyyar qəbul keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev İstisu qəsəbəsində növbəti səyyar qəbulunu keçirib. Qəbulda yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə İstisu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, qəsəbədə yeni salınan yaşayış massivinin qazlaşdırılması və məktəb binasının qaz təchizatının bərpası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib, bəzi məsələlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması tapşırılıb.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Chosen
10
xalq.az

1Sources