Ukrayna prezidenti Volodimir Zelenski hərbi yardım göstərilməsi ilə bağlı problemlər fonunda Qərb tərəfdaşlarından silah istehsalı üçün lisenziya istəyib.
Qaziler.az xəbər verir ki, Zelenski bu haqda “Parisien” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Kiyevə dəstək ləng gedir
“Mənə tez-tez deyirlər ki, Qərbin silah sistemlərini vaxtında istehsal etmək üçün kifayət qədər imkanları yoxdur. Yaxşı. Bizə lisenziyalar verin! Biz silahlarımızı, xüsusilə raketlərimizi və müdafiə sistemlərimizi istehsal edəcəyik”, - deyə Zelenski bildirib.
QAZİLER.AZ