İtaliya A Seriya klublarından “İnter” müdafiəçisi Federiko Dimarkoya yeni müqavilə təklif etməyə hazırdır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi italiyalı futbolçu ilə yeni anlaşmanı müzakirə etməyi planlaşdırır.
27 yaşlı müdafiəçi cəmi bir il əvvəl “İnter”lə yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Dimarko bu mövsüm Simone İnzaqinin komandasında 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır
"İnter"in prezidenti: "Atalanta" dovşan, biz isə ovçuyuq"
Emiliano Martinez yenə ən yaxşı seçilib
İlin rəmzi heyəti açıqlandı
Ançelotti növbəti mükafatını qazanıb