EN

Milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin həcmi 21 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

Cari ilin 11 ayında milli valyutada yerləşdirilmiş müddətli əmanətlərin unikal sayında 30,3 faiz, həcmində isə 20,9 faiz (945,3 milyon manat) artım qeydə alınıb. Bu müsbət dinamika milli valyutaya olan etimadın da bariz göstəricisidir.

Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb.

Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 4,6 dəfədən çox azalıb. Noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7,66 faiz və 7,79 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627,3 milyon manat, dekabrın ötən dövründə isə 402,3 milyon manat olub.

Chosen
5
2
hafta.az

3Sources