EN

TƏBİB sədrindən vaksinasiya ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib.

Day.Az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var:

"Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub. Buradan bir daha çağırış edirəm ki, qripə qarşı vaksinasiya kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını azaldır. Yoluxma baş versə belə, xəstəliyi yüngül formada keçirəcəklər. Tövsiyə edərdim ki, kim vaksinasiya prosesindən kənar qalıbsa peyvənd olunsun".

Sədr əlavə edib ki, qızılcaya yoluxma halı kəskin azalıb.

"Say artımı ilə əlaqəli pasiyentlər Məhəmmədidə yerləşən modul tipli xəstəxanada müalicə olunurdu. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur",- deyə o əlavə edib.

Chosen
8
3
day.az

10Sources