EN

Gerasimov: "Yaxın Şərqdə böyük müharibə riski var"

Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdəçıxışızamanı dilə gətirib.O vurğulayıb ki, regionun əsas böhran ocaqları Qəzza, Livan və Yəməndədir.

"Qəzza zolağında humanitar fəlakət regiondakı münaqişələrin ən böyük faciəsinə çevrilib. Döyüşən tərəflərə qeyri-regional tərəflərin bu, ya digər dəstəyi və İranın təxribat cəhdləri Yaxın Şərqdə vəziyyəti daha da təhlükəli hala gətirməkdədir", - hərbçi deyib.

O, Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinə də fikir bildirib.

"Suriya Ordusu məhz ABŞ sanksiyaları ucbatından müntəzəm təlimlər keçirə bilmədiyi üçün döyüş hazırlığı zəif idi. Odur ki müxalif qruplara lazımi müqaviməti göstərə bilmədi", - Gerasimov vurğulayıb.

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

Firudin Həmidli
AzVision.az
Chosen
29
46
azvision.az

10Sources