EN

Kreml rus generalın ölümündə Ukraynanı günahlandırdı

Kremlin sözçüsü Dmitri Peskov Moskvada rus komandiri İqor Kirillovun ölümü ilə nəticələnən partlayışın terror aktı olduğunu deyib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə dünən general-leytenant İqor Kirillov və onun müavini İlya Polikarpovun ölümü ilə nəticələnən partlayışla bağlı jurnalistlərə açıqlama verərkən deyib.

Partlayışın terror aktı olduğunu vurğulayan Peskov bunun Ukrayna rəhbərliyi tərəfindən təşkil edildiyini diqqətə yetirib:
 
\"Biz bu terror aktını kimin sifariş etdiyini və təşkil etdiyini bilirik. Bu, Kiyev rəhbərliyinin terror idarəçiliyinə əl atdığını bir daha göstərir. Biz kimin olduğunu anlayırıq\".

Peskov Kiyev rəhbərliyinə qarşı mübarizəni davam etdirəcəklərini və bu məqsədlə Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirdiklərini bildirib.

Peskov Rusiya hüquq-mühafizə orqanlarının hadisəni araşdırmaq üçün fəal işlədiyini və istintaq prosesinin davam etdiyini bildirib.
  
Mikayıl
Chosen
14
1
azxeber.com

2Sources