Aktual.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib:
"Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var və əhalinin böyük əksəriyyəti artıq peyvənd olunub. Qızılcaya yoluxma halı kəskin azalıb. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".