EN

Könüllü təşkilatlar arasında minifutbol turniri keçirilib

AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə könüllü təşkilatlar arasında minifutbol üzrə “Zəfər” liqasına yekun vurulub.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

16 könüllü təşkilatın komandasının qatıldığı turnirin finalında “Turizm Könüllüləri” ilə “BDU Könüllüləri” qarşılaşıb.

Rəqibini 3:2 hesabı ilə üstələyən “BDU Könüllüləri” liqanın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallar, II və III yerlərin sahibləri isə medallarla təltif olunub.

Həmçinin liqanın final matçının ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Neftçi”nin və milli komandanın futbolçusu Emin Mahmudov təqdim ediblər.

Vitali Borisov: "Bu oyunda qələbəyə layiq idik"

Millimiz İsveçlə heç-heçə etdi - YENİLƏNİB

Santuş AFFA-ya hesabat verib

“Sumqayıt” veteranları çempion olub

Juninyonun "Sevilya" transferi - DETALLAR

Chosen
25
1
apasport.az

2Sources