EN

Qriqoryan: Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək.

“Report” yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib.

"Növbəti iclasın tarixi ilə bağlı hələ razılıq əldə olunmayıb. Amma düşünürəm ki, yaxın vaxtlarda baş tutacaq", - o qeyd edib.

Chosen
3
2
far.az

3Sources