Aktual.az xəbər verir ki, dövlət başçısı bununla bağlı "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
"Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin (ABŞ - red.) qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi "petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, "yalançı dördlük” – "Vaşinqton Post”, "Nyu York Tayms”, "Fiqaro” və "Le Monde”. Bax bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər”, - Prezident vurğulayıb.
Dövlət başçısı bu kimi media orqanlarında hər gün yayımlanan məqalələrin sayının minimum 20-dən çox olduğunu deyib:
"Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12%, Avropa İttifaqında daha çoxdur”.