EN

Yeni Dehli əhalisinə "evdə qal" çağırışı edilib

Yeni Dehlidə havanın çirklənməsi səbəbindən vətəndaşlara mümkün qədər evdə qalmaq barədə xəbərdarlıq edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, IQAir texnologiya şirkətinin məlumatlarına görə, paytaxt Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) "təhlükəli" olaraq təyin olunan 300 həddini keçərək 581-ə yüksəlib.

Dehli rəhbərliyi vətəndaşların havanın çirklənməsi səbəbindən nəfəs almaqda çətinlik, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşa biləcəyini ifadə edib. 

Vətəndaşların qapalı məkanlarda qalmaları ilə bağlı çağırış edilib.

Əli Hüseynov

Chosen
37
1
bakivaxti.az

2Sources