EN

Polis quldurluqla 127 min manat pulu ələ keçirən şəxsləri həbs edib

Sumqayıtda sürücüyə zor tətbiq edərək pulunu talayan şəxslər tutulub.

Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıblar. 

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar. 

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. 

İstintaq tədbirləri davam etdirilir.

Chosen
5
46
operativmedia.az

10Sources