EN

Ukrayna ordusu 1 milyona yaxın canlı qüvvə itirib - Gerasimov

Müharibə başlayandan bəri Ukrayna ordusunun 1 milyona yaxın ölü və yaralısı olub. Həmçinin Ukrayna 20 minə yaxın tank və zirehli texnika itirib.

Aktual.az xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsində 42 mindən çox insan, 1800-dən çox tank və zirehli texnikanı itirdiyini açıqlayıb.

O, Ukrayna ordusunun Kursk vilayətində irəliləməsinin dayandırıldığını, Ukrayna Silahlı Qüvvələrinin qrupları və muzdlularının Rusiyanın dərinliklərinə keçmək cəhdlərinin qarşısının alındığını söyləyib.

Chosen
9
46
ulusum.az

10Sources