EN

Diaqnoz Tibb Mərkəzinin kardioloqu CardioFest 2024-də

Diaqnoz Tibb Mərkəzinin kardioloqu Ağadadaş Rəşidov Azərbaycan Kardiologiya Festivalında iştirak edib.

Yenicag.az xəbər verir ki, 13-15 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Ritz-Carlton otelində keçirilən Azərbaycan Kardiologiya Festivalı çərçivəsində bir sıra önəmli konqreslər baş tutub.

Tədbirdə 13-cü Milli Kardiologiya Konqresi, 6-cı Azərbaycan İntervensiyonel Kardiologiya Görüşü, 1-ci Ağciyər Hipertenziya Konqresi və 1-ci Kardio-Metabolik Konqresi təşkil olunub.

Festival innovativ yanaşmalar, eləcə də daxili xəstəliklərin öyrənilib tədqiq edilməsində müasir ənənələrin müzakirəsinə geniş yer verməklə, 18 ölkənin bu sahə üzrə ekspertlərinin elmi və təcrübi araşdırmaları ilə kardioloqları ən son elmi məlumatlarla tanış etmək məqsədi daşıyırdı.

Festivalın digər özəlliyi də regionda ilk dəfə olaraq dörd böyük beynəlxalq konqresi bir araya gətirməsi idi. Üstəlik 6 ölkənin 10 müxtəlif tibbi mərkəzindən canlı yayımla kardiologiya sahəsində tətbiq olunan müasir metodlar iştirakçılara birbaşa izah edildi, ekstremal vəziyyətlərdə istifadə olunan optimal variantlar təklif edildi. Avropa Ürək Jurnalı (ESC), ESC EAPCI və EuroCTO Club ilə birgə sessiyalarda koronar fiziologiya və rəqəmsal sağlamlıq sahələrindəki yeniliklər, intervensiya kardiologiyası barədə müzakirələr aparıldı. CardioFest 2024 çərçivəsində Azərbaycanda ilk dəfə Ağciyər Hipertenziyası Konqresi keçirildi və Azərbaycan Kardiologiya Cəmiyyətinin ilk rəsmi ixtisas imtahanı keçirildi. Bu imtahan vasitəsilə kardioloqlar öz bilik və bacarıqlarını beynəlxalq standartlara uyğun olaraq nümayiş etdirdilər.

Chosen
6
1
yenicag.az

2Sources