EN

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişlixidmətlərin dəyəri 11 milyard 394,5 milyon manat olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədəreal ifadədə 8,5 faiz çoxdur.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard593,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumidəyərinin 75,4 faizini təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini ortahesabla 1 116,9 manatlıq və ya ötən ilin müvafiq dövrü iləmüqayisədə nominal ifadədə 120,5 manat çox müxtəlif ödənişlixidmətlərdən istifadə edib.

Chosen
18
12
az.trend.az

10Sources