EN

“Atəşgah” Sığorta Şirkəti 28 yaşını təntənəli şəkildə qeyd etdi!

18 dekabr 2024-cü il tarixində ölkənin qabaqcıl sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti  fəaliyyətinin 28-ci ilini qeyd etdi.

Təşkil olunan xüsusi tədbirdə  Direktorlar Şurasının sədri Ruslan Əliyev və  digər rəhbər şəxslər çıxış edərək, şirkətin uğurlarını qeyd edib və gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandıqlarını  vurğulayıblar.

Tədbirdə 28 il ərzində göstərdiyi yüksək xidmətlərə görə  fərqlənən və şirkətə uzun müddət xidmət edən əməkdaşlar xüsusi olaraq təltif edilib. Belə ki, 5, 10 və 20 il müddətində fasiləsiz fəaliyyət göstərmiş əməkdaşlara “Atəşgah” Sığorta Şirkətinin loqosunun əks olunduğu  gümüş və qızıl yaxa sancaqları, eləcə də fəxri fərmanlar təqdim olunub. 28 il münasibətilə təşkil olunan tədbir “Atəşgah” Sığortanın müştəri məmnuniyyətinə verdiyi dəyəri bir daha nümayiş etdirərək şirkətin müştərilərə olan sadiqliyini və etibarlılığını vurğuladı. Şirkət  qarşıdakı illərdə də müştərilərinə innovativ sığorta həlləri təqdim etməyə və sektorda liderliyini qorumağa davam edəcəkdir.

Chosen
19
fed.az

1Sources