18 dekabr 2024-cü il tarixində ölkənin qabaqcıl sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin 28-ci ilini qeyd etdi.
Təşkil olunan xüsusi tədbirdə Direktorlar Şurasının sədri Ruslan Əliyev və digər rəhbər şəxslər çıxış edərək, şirkətin uğurlarını qeyd edib və gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandıqlarını vurğulayıblar.
Tədbirdə 28 il ərzində göstərdiyi yüksək xidmətlərə görə fərqlənən və şirkətə uzun müddət xidmət edən əməkdaşlar xüsusi olaraq təltif edilib. Belə ki, 5, 10 və 20 il müddətində fasiləsiz fəaliyyət göstərmiş əməkdaşlara “Atəşgah” Sığorta Şirkətinin loqosunun əks olunduğu gümüş və qızıl yaxa sancaqları, eləcə də fəxri fərmanlar təqdim olunub. 28 il münasibətilə təşkil olunan tədbir “Atəşgah” Sığortanın müştəri məmnuniyyətinə verdiyi dəyəri bir daha nümayiş etdirərək şirkətin müştərilərə olan sadiqliyini və etibarlılığını vurğuladı. Şirkət qarşıdakı illərdə də müştərilərinə innovativ sığorta həlləri təqdim etməyə və sektorda liderliyini qorumağa davam edəcəkdir.