Paris Kassasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin (2007-2012) nüfuz ticarəti və istintaqa təzyiq işi üzrə bir il azadlıqdan məhrum edilməsi ilə bağlı Apellyasiya Məhkəməsinin hökmünü təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
2023-cü ilin may ayında Paris Apellyasiya Məhkəməsi 2021-ci ildə aşağı instansiya məhkəməsinin Sarkozinin bir il müddətinə həbsini, iki il müddətinə isə şərti olaraq azadlıqdan məhrum edilməsini nəzərdə tutun hökmünü qüvvədə saxlayıb.
Məhkəmə həmçinin Sarkozini seçkilərdə namizədliyini irəli sürmək hüququndan məhrum edib. Məhkəmənin qərarına əsasən, keçmiş dövlət başçısı cəzasını həbsxanada deyil, elektron qolbaq tətbiq olunmaqla ev şəraitində çəkə bilər.