EN

Avropa Ukraynaya 100 min hərbçi göndərmək istəyir

Avropa Ukraynaya 100 min hərbçi göndərmək istəyir

Avropa ölkələri atəşkəs və ya sülh razılaşması olacağı təqdirdə Ukraynaya 100 minə qədər hərbçi göndərmək imkanını müzakirə etməyə başlayıb. AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.“Atəşkəs və ya sülh razılaşması olacağı təqdirdə Ukraynaya qoşun göndərmək müzakirə edilir. Hərbi kontingentin əsasını bir neçə ölkənin, o cümlədən Böyük Britaniya, Almaniya, Fransa, Polşa,İtaliya və digər ölkələrin koalisiyası təşkil edə bilər" - deyə materialda qeyd olunur.Agentliyin mənbələrinə görə, avropalı hərbçilərin sayı 40-100 min arasında dəyişə bilər. Onların vəzifəsinin atəşkəsə əməl olunmasını təmin etmək, yoxsa Rusiyaya qarşı mühafizə qüvvəsi olub-olmayacağı ilə bağlı Avropada hələ konsensus yoxdur. Xüsusilə, İtaliya sülhməramlı kontingentin tərəfdarıdır, Fransa və Ukrayna isə mühafizədə israrlıdır.

Chosen
17
afn.az

1Sources