EN

Fransanın keçmiş prezidenti seçki hüququndan məhrum edildi

Paris Kassasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozinin (2007-2012) nüfuz ticarəti və istintaqa təzyiq göstərmə ittihamı ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AFP məlumat yayımlayıb.

2023-cü ilin may ayında Paris Apellyasiya Məhkəməsi 2021-ci ildə aşağı instansiya məhkəməsinin qərarını təsdiq edərək, Sarkozinin bir il müddətinə azadlıqdan məhrum edilməsi və əlavə iki il şərti cəza ilə bağlı hökmünü qüvvədə saxlamışdı.

Qərara əsasən, Nikolya Sarkozi seçkilərdə namizədliyini irəli sürmək hüququndan məhrum edilib. Lakin keçmiş prezident həbsxanada cəza çəkməyəcək, bunun əvəzinə elektron qolbaq vasitəsilə ev şəraitində cəzasını çəkəcək.

Chosen
18
operativmedia.az

1Sources