EN

Azərbaycanda 58,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox deməkdir.

Qeyd olunub ki, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb. Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olub. Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Fuad Mədətov
Fins.az

Chosen
11
4
fins.az

5Sources