Polşanın Masoviya Voyevodalığının Otvok şəhərində Milli Nüvə Tədqiqatları Mərkəzinin (NCBJ) Elm və Texnologiyalar Parkının laboratoriyasında yanğın baş verib. Yanğın artıq söndürülüb; nüvə təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur.
Bu barədə "TVN Warszawa" məlumat yayıb.
NCBJ-nin iqtisadi məsələlər üzrə direktor müavini Dariusz Socha telekanala deyib: "Nüvə mərkəzindəki fövqəladə hallar xidmətləri çox sürətli hərəkət etdi, yanğınsöndürmə briqadası və polis yerində idi".
O qeyd edib ki, yanğının baş verdiyi mərkəzi obyekt nüvə tədqiqat reaktorundan xeyli aralıda yerləşdiyindən təhlükəsi yoxdur.