EN

ABŞ-ın İndiana ştatında 15 ildən sonra ilk dəfə məhbus edam edilib

ABŞ-ın İndiana ştatında 15 ildən sonra ilk dəfə məhbus edam edilib

1997-ci ildə ABŞ-ın İndiana ştatında 4 nəfərin ölümündə təqsirli bilinən Cozef Korkoranın edam edilməsi ilə 15 ildən sonra ilk ölüm hökmü əyalət səlahiyyətliləri tərəfindən həyata keçirilib.İndiana ştatının rəsmiləri 1997-ci ildə 4 nəfəri öldürməkdə təqsirli bilinən 49 yaşlı Korkoranın edam edildiyini bildiriblər.Qardaşı və bacısının nişanlısı da daxil olmaqla 4 nəfəri qətlə yetirən Korkoranın edamı dövlət orqanlarının son 15 ildə həyata keçirdiyi ilk edam kimi tarixə düşüb.Onun vəkilləri KorKoranın psixi sağlamlığının illərlə pozulduğunu əsas gətirərək ölüm hökmünün dayandırılmasını tələb etmişdilər, lakin tələb rədd edilib.Metyu Vrinkls adlı cinayətkar sonuncu dəfə 2009-cu ildə İndiana ştatının hakimiyyət orqanları tərəfindən edam edilib. Bundan sonra ştatda 13 ölüm hökmü icra olundu, lakin bunlar federal hakimiyyət orqanları tərəfindən həyata keçirildi.

Chosen
3
2
afn.az

3Sources