EN

"Ukrayna NATO-ya qoşulmayacaq və ərazilərinin 1/3-ni itirəcək" - Fiko

"Münaqişə nəticəsində Ukrayna ərazisinin 1/3-ni itirəcək və NATO-ya dəvət almayacaq.

HİT.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib. Onun sözlərini "Dennik N" portalı yayıb.

"Ukrayna NATO-ya dəvət almayacaq, ərazisinin 1/3-ni itirəcək", deyə Fiko bildirib.

Dekabrın 12-də Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, onun dövründə Slovakiya hakimiyyəti heç vaxt Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək. Eyni müsahibədə Fiko Avropa ilə Rusiya Federasiyası arasında münasibətləri normallaşdırmaq istədiyini və hazırkı qarşıdurmanı anormal hesab etdiyini deyib.

Öz növbəsində respublika prezidenti Peter Pelleqrini bəyan edib ki, Kiyev və Moskva arasında münaqişə bitdikdən sonra Ukraynadan silahların və cinayətkar qrupların kütləvi şəkildə Slovakiyaya axması riski böyükdür.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Macarıstan və Slovakiyanı dost olmayan ölkələr siyahısından çıxarmaq üçün kifayət qədər əsaslar yoxdur. Nazirlik qeyd edib ki, bu ölkələrin bəzi sahələrdə əməkdaşlığı davam etdirmək istəyinə baxmayaraq, onları qeyri-dost hesab etməkdən əl çəkməyəcəklər.

"Budapeşt və Bratislava Aİ və NATO-ya üzv olduqlarına görə blok nizam-intizamına, o cümlədən tətbiq edilən anti-Rusiya məhdudiyyətlərinə riayət etmək məcburiyyətindədirlər", deyə nazirlik bildirib.

Samir
 

Chosen
12
1
hit.az

2Sources