EN

Rumıniya klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyundan əvvəl cərimələnib

UEFA \"Qarabağ\"ın Avropa Liqasındakı rəqiblərindən Rumıniyanın FKSB klubunu 22000 avro cərimələyib.
 
Bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi \"Olimpiakos\"la matçda (0:0) yaşananlara görə ziyana düşüb. FKSB \"komandanın düzgün olmayan davranışı\"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, \"ictimai keçidlərin bağlanması\" ucbatından 12000 avro ödəyəcək.

Qeyd edək ki, Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu \"Qarabağ\"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.
Chosen
11
2
azxeber.com

3Sources