UEFA \"Qarabağ\"ın Avropa Liqasındakı rəqiblərindən Rumıniyanın FKSB klubunu 22000 avro cərimələyib.
Bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.
Klub noyabrın 28-də evdə Yunanıstan təmsilçisi \"Olimpiakos\"la matçda (0:0) yaşananlara görə ziyana düşüb. FKSB \"komandanın düzgün olmayan davranışı\"na (4 sarı, 1 qırmızı vərəqə) görə 10000 avro, \"ictimai keçidlərin bağlanması\" ucbatından 12000 avro ödəyəcək.
Qeyd edək ki, Rumıniya komandası Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu \"Qarabağ\"a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.