EN

Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb

ABŞ dövlət katibi Entoni Blinken özünün gələcək varisi, Donald Tramp tərəfindən namizədliyi irəli sürülən senator Marko Rubio ilə görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə bildirib.

"Katib Blinkenin bu səhər senator Rubio ilə görüşmək imkanı olub. Bu, yaxşı, konstruktiv və hərtərəfli söhbət oldu", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

O, söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, noyabrın 13-də Tramp yeni administrasiyada dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürüb. O, Rusiya, İran və Çinə qarşı sərt siyasətin tərəfdarıdır.
Chosen
20
5
sherg.az

6Sources