Rusiyanın Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb ki, onlardan da 5-i uşaqdır.
APA xəbər verir ki, bu haqda Murmansk qubernatorunun müavini və vilayətin səhiyyə naziri Dmitri Panıçev məlumat verib.
"Hazırda 27 nəfər xəsarət alıb ki, bunlardan 22-si böyük, 5-i isə uşaqdır. Təəssüf ki, xəsarət alanlardan birini xilas etmək mümkün olmadı. Təcili tibbi yardım briqadaları tərəfindən 17 nəfər rayon xəstəxanalarına yerləşdirilib.”, - deyə Panıçev bildirib.
***
22:49
Rusiyanın Murmansk şəhəri yaxınlığında qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.
APA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Murmansk vilayətində qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb ki, onlardan da üçünün uşaq olduğu bildirilir.
***
18:44
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
18:19
Rusiyada yük və sərnişin qatarları toqquşub.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dəmir yolunun Murmansk ərazisindən keçən hissəsində yerləşən “Knyajnaya” stansiyasında baş verib. Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.
Qatarda 326 sərnişinin olduğu bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları gələrək, araşdırmalara başlayıblar. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.